XİDMƏTLƏRİMİZ

Sizin üçün Hər Addımda

Yaponiyada təhsil, turizm, şirkət qurma və ev axtarışı proseslərində sizi tək buraxmır, ən xırda detallara qədər düşünülmüş həllər təqdim edirik.

01 — 旅行

Azərbaycan & Yaponiya Turları

İki dünyanın arasındakı körpü — hər iki istiqamətdə mükəmməl, fərdi planlanmış tur təcrübəsi.

Yaponiya Turu
🗾 AZ → JP
AZƏRBAYCANLILARA YAPONİYA TURU

Möcüzəvi Yaponiyaya Açılan Qapı

Tokio, Kioto, Osaka — Yaponiyanın qeyri-adi şəhərləri artıq sadəcə xəyal deyil. Viza dəstəyi, uyğun uçuş planlaşdırması, komfortlu otel rezervasiyası ve yerli bələdçi xidmətləri ilə tam paket turizm təcrübəsi. Siz sadəcə anın dadını çıxarın.

  • Tam təminatlı viza müraciəti dəstəyi
  • Büdcəyə uyğun uçuş və premium otel planlaması
  • Yaponca və Azərbaycanca danışan yerli bələdçi
  • İstəyə uyğun fərdiləşdirilmiş tur proqramı
Tur Haqqında Məlumat Al →
Azərbaycan Turu
🇦🇿 JP → AZ
YAPONLARA AZƏRBAYCAN TURU

Qafqazın incisi Azərbaycanı Kəşf Edin

Bakı, Şəki, Quba — Zəngin tariximizi, bənzərsiz mədəniyyətimizi və ləziz mətbəximizi Yaponca danışan peşəkar bələdçilərimizlə kəşf edin. Qonaqlarımızın mədəniyyət şoku yaşamadan, ən yüksək yapon standartlarına uyğun rahat səyahət etməsi üçün hər detalı düşünürük.

  • Yapon mədəniyyətinə bələd Azərbaycan bələdçisi
  • Bakı, Quba, Şəki tarixi region turları
  • Qida və mədəni adaptasiya dəstəyi
Tur Haqqında Məlumat Al →
02 — 公式

Tələbə & İşçi Viza Dəstəyi

Yaponiyaya getməyin ən vacib addımını peşəkarlara əmanət edin — bir sənəd xətası hər şeyi dəyişə bilər.

Viza Dəstəyi
📋 RƏSMİ İŞLƏR
VIZA PROSESİ

Sənəddən Uyğunluq Sertifikatına

Tələbə, turist və ya işçi vizalarının alınması üçün sənədlərin tam düzgün hazırlanması, konsulluq prosedurlarının izlənilməsi, Yaponiyadan tələb olunan COE alınması və rəsmi müraciətlərin idarə olunması.

1
Sənəd Audit

Mövcud sənədlərinizi tam yoxlayırıq, çatışmayan hissələri müəyyən edirik.

2
COE & Sponsorluq

Tələbə vizası üçün COE, işçi vizası üçün sponsorluq sənədlərini hazırlayırıq.

3
Müsahibə Hazırlığı

Konsulluq müsahibəsi üçün sizi xüsusi hazırlayırıq, gözlənilən sualları keçirik.

Viza Üçün Müraciət Edin →
03 — ビジネス

Yaponiyada Şirkət Qurmaq

Dünyanın ən böyük iqtisadiyyatlarından birinə daxil olmaq üçün hüquqi bilik şərtdir — biz bunu bilirik.

Şirkət Qurmaq
💼 BİZNES İNKİŞAFI
HÜQUQI KONSALTINQ

Hüquqi Prosedurdan Bank Hesabına Qədər

Ofis kirayəsindən vergi qeydiyyatına qədər tam konsaltinq xidməti. Hər iki ölkənin biznes mühitini dərindən bilən mütəxəssislərimiz sizə vaxt və büdcə qazandıracaq.

🇯🇵

Yaponiyada

KK və ya GK quruluşu seçimi, rəsmi vergi qeydiyyatı, korporativ bank hesabı açılışı və ofis kirayəsi.

🇦🇿

Azərbaycanda

Yapon investorlar üçün MMC qeydiyyatı, vergitutma sisteminə adaptasiya, bank əməliyyatları və hüquqi ünvan xidməti.

Biznes Konsaltinqi İstəyin →
04 — 翻訳

Peşəkar Tərcüməçilik

4 dildə sertifikatlı, dəqiq və sürətli yazılı və şifahi tərcümə — dillər arası sərhədləri qaldırırıq.

Tərcümə
🌐 4 DİLDƏ
TƏRCÜMƏÇİLİK XİDMƏTİ

Dil Sərhədlərini Qaldırırıq

Yaponca, Rusca, Azərbaycanca və İngiliscə arasında peşəkar yazılı və şifahi tərcümə xidməti. İstər işgüzar danışıqlar, istərsə rəsmi sənədlər üçün zəmanətli nəticə.

🇯🇵 Yaponca
🇦🇿 Azərbaycanca
🇷🇺 Rusca
🇬🇧 İngiliscə
  • Notariat təsdiqi üçün hüquqi sənəd tərcüməsi
  • Şifahi danışıqlar üçün ardıcıl bələdçi tərcüməsi
  • Tibbi, texniki və kommersiya terminologiyası
Tərcümə Sifarişi Ver →
05 — 住居

Ev & Sharehouse Axtarışı

Əcnəbilər üçün Yaponiyada ev kirayəsi bürokratik bir prosesdir — biz bütün maneələri sizin yerinizə həll edirik.

Ev Axtarışı
🏠 YERLƏŞDİRMƏ
EV & SHAREHOUSE XİDMƏTİ

Təyyarədən Enib Açarı Thevil Alın

Zaminlik şərtləri, mürəkkəb Yaponca müqavilələr, ilkin böyük ödənişlər və sərt əmlakçı siyasətləri xariciləri yoran ən böyük problemlərdir. Siz sadəcə gəlin, işinizi biz görürük.

1
Büdcə & Bölge Analizi

Sizin üçün ən uyğun məhəllə və büdcəyə görə seçimlər hazırlayırıq.

2
Zaminlik & Müqavilə

Yapon şirkətləri qarşısında zaminlik dəstəyi, müqavilə tərcüməsi və imzalanması.

3
Havalimanı Qarşılama

Yaponiyaya çatdığınız andan yeni evinizə köçənə qədər yanınızdayıq.

  • Tokio, Osaka, Kyoto şəhərlərində büdcəyə uyğun ev
  • Tələbələr üçün Sharehouse qeydiyyatı
  • Hava limanında qarşılama və evə yerləşdirmə
Ev Xidməti Üçün Yazın →
06 — 貿易

Beynəlxalq Ticarət Dəstəyi

Azərbaycan-Yaponiya ticarət körpüsü — idxal, ixrac və biznes əlaqələri üçün peşəkar konsaltinq.

Ticarət
🤝 TİCARƏT
BEYNƏLXALQ TİCARƏT KONSALTİNQİ

İki Bazar Arasında Körpü

Yaponiya ilə Azərbaycan arasında idxal-ixrac əməliyyatları, distribütor tapma, gömrük sənədləşməsi və yerli bazar araşdırması — hər addımda iki ölkənin mütəxəssisləri yanınızdadır.

  • İdxal/ixrac sənədləri və gömrük dəstəyi
  • Yaponiyada distribütor və ortaq tapma
  • Bazar araşdırması və işgüzar əlaqə qurma
Ticarət Konsaltinqi İstəyin →

Hansı xidmət sizi maraqlandırır?

Bizimlə əlaqə saxlayın. Sizin üçün ən uyğun həll yolunu birlikdə tapaq.

Əlaqə →